• 16 İyun 2024
logo
Xamenei kitab sərgisində özünü rüsvay etdi

Xamenei kitab sərgisində özünü rüsvay etdi

İranın dini lideri Əli Xameneinin 35-ci Tehran Beynəlxalq Kitab Sərgisində italiyalı yazıçı İqnazio Silonenin “Çörək və şərab” romanı ilə bağlı dedikləri sosial şəbəkənin İran seqmentində gülüş yaradıb.

Baymedia.az xəbər verir ki, italiyalı yazıçının kitabını əlinə alan Xamenei onu oxuduğunu və dəyərli kitab olduğunu iddia edib.

“Bu kitabı oxumuşam. Bu, yunanların türklər, Osmanlı türkləri barədə dedikləridir. Kitab yunanların türklər qarşısındakı məzlumluqlarını çox gözəl şəkildə təsvir edib”, - Xamenei bildirib.

Əslində isə adıçəkilən əsərin İran rəhbərinin iddia etdiyi mövzu ilə heç bir əlaqəsi yoxdur. Kitab antifaşizm mahiyyəti daşıyır və faşizmin İtaliyada hakimiyyətə gəlməsindən bəhs edir.