• 27 İyul 2024
logo
Qəzzada atəşkəs danışıqları dayandırıldı - KİV

Qəzzada atəşkəs danışıqları dayandırıldı - KİV

İsrail hökuməti ilə Fələstinin HƏMAS hərəkatı arasında danışıqlar dayandırılıb.

Baymedia.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti öz mənbələrinə istinadən məlumat verib.

Qeyd edilir ki, münaqişə iştirakçıları girovların azad edilməsi şərtləri barədə razılığa gələ bilmədikləri üçün məsləhətləşmələr dayandırılıb.

“Mənbələr, tərəflər arasında fikir ayrılığının çox böyük olduğunu, xüsusən “müharibənin sonu” termini, eləcə də İsrailin HƏMAS-ın azad edilməsini istəyə biləcəyi terrorçuların adlarına veto qoymaq tələbi ilə bağlı olduğunu göstərib”, - məlumatda bildirilib.