• 17 May 2024
logo
İranda kütləvi aksiyaya çağırış edildi

İranda kütləvi aksiyaya çağırış edildi

İran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası ölkənin bütün şəhərlərində müəllimləri kütləvi etiraz aksiyası keçirməyə çağırıb.

Baymedia.az xəbər verir ki, bu barədə Şuranın sosial media şəbəkəsində paylaşım edilib.

Aksiyanın mayın 1-i, yerli vaxtla səhər saat 10-da keçirilməsi planlaşdırılıb.

Çağırışda müəllimlərin Tehranda Plan və Büdcə Təşkilatının, başqa şəhərlərdə isə Təhsil Nazirliyinin yerli bölmələri qarşısına toplaşmaları istənilib.

Bildirilib ki, aksiyada məqsəd məhbus müəllimlərə azadlıq, işdən qovulan müəllimlərin hüquqlarının bərpası, təhsil işçilərinə qarşı repressiyaların dayandırılmasıdır.