• 27 İyul 2024
logo
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO

Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO

Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.

Baymedia.az xəbər verir ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.

Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.