• 27 İyul 2024
logo
AB Rusiyanın məşhur KİV-lərinə qadağa qoydu

AB Rusiyanın məşhur KİV-lərinə qadağa qoydu

Avropa Birliyi Rusiyanın media orqanlarına öz ərazisində hər hansı fəaliyyətlə məşğul olmağı qadağan edib.

Baymedia.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub.

“Bu gün AB Şurası Rusiyanın Ukraynaya qarşı təbliğatını və təcavüzünü yayan və dəstəkləyən 4 KİV-in - “Avropanın Səsi”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”nın qurumun ərazisində yayımının dayandırılması barədə qərar qəbul edib”, - bəyanatda qeyd olunub.