• 24 Aprel 2024
logo
Türk dövlətləri Ankarada toplanır

Türk dövlətləri Ankarada toplanır

Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək.
Baymedia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitterdə yazıb.
“Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, - nazir vurğulayıb.
Qeyd edək ki, TDT-nin sonuncu zirvə toplantısı ötən ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində baş tutub.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.