• 24 Aprel 2024
logo
"Zirə" öz meydanında "Şamaxı" ilə bacarmadı

"Zirə" öz meydanında "Şamaxı" ilə bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti tura start verilib.
Baymedia.az xəbər verir ki, günün yeganə matçında "Zirə" "Şamaxı"nı qəbul edib və qarşılaşma 2-2 hesabı ilə yekunlaşıb.
"Zirə" hazırda 36 xalla 4-cü, "Şamaxı" isə 19 xalla 8-ci pillədə yer alır.
Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Sabah" - "Kəpəz" oyunları martın 4-də, "Qəbələ" - "Qarabağ" və "Neftçi" - "Turan Tovuz" matçları isə martın 5-də keçiriləcək.