• 29 Mart 2024
logo
"Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarıldı

"Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarıldı

"Nant" klubu Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun V tur oyunu üçün biletləri satışa çıxarıb.
Baymedia.az xəbər verir ki, ən ucuz biletin qiyməti 36 avro, ən bahalı bilet isə 75 avrodur.
Oktyabrın 27-də "Stad de la Bojuar" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu komandalar arasında Bakıdakı görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un, "Nant" isə Almaniyada "Frayburq"un qonağı olacaq.