• 26 Aprel 2024
logo
Bakıda yardım toplama yeri dəyişdirildi – Yeni ünvan

Bakıda yardım toplama yeri dəyişdirildi – Yeni ünvan

Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardımların toplanması artıq Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında aparılmayacaq.

Bu barədə Baymedia.az-a Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Məlumatda sözügedən qərarın nəqliyyatın işində sıxlıq yaşanmaması üçün verildiyi qeyd olunub.

Artıq yardımlar Tiflis prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul ediləcək.