• 27 İyul 2024
logo
Bu il 602 nəfərdə İİV aşkarlanıb

Bu il 602 nəfərdə İİV aşkarlanıb

Azərbaycanda bu il 602 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.

Bu barədə Baymedia.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9985 nəfər qeydiyyata götürülüb (9659-u Azərbaycan vətəndaşı, 326-sı əcnəbi).

İİV-ə yoluxanların 7114-ü kişi, 2871-i qadındır.

Onlardan 3542-si İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2489 nəfəri hazırda dispanser qeydiyyatındadır.