• 19 Mart 2024
logo
Son 4 ildə 9935 uşağın doğumu dövlət qeydiyyatına alınmayıb

Son 4 ildə 9935 uşağın doğumu dövlət qeydiyyatına alınmayıb

"Təəssüf ki, gündəlik həyatımızda kənd və qəsəbələrdə əhalinin hüquqi savadsızlığı səbəbindən doğumu qeydə alınmamış uşaqlara hələ də rast gəlinir".
Bunu Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar 2017-ci ildən etibarən əməkdaşlar bölgələrə ezam olunaraq kənd-kənd, qəsəbə-qəsəbə gəzərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə əhali arasında maarifləndirmə işi aparır, doğumu qeydə alınmayan uşaqları aşkar edərək onların doğumunun dövlət qeydiyyatına alınmasına hüquqi yardım göstərirlər: "Bu tədbirlər nəticəsində 2017-ci ildən hazıradək əvvəlki illərdə tibb müəssisəsində və ya ev şəraitində doğulub, lakin doğumu dövlət qeydiyyatından kənarda qalmış 9335 uşaq müəyyən edilib, onlardan 8875-nin doğumu qeydə alınıb. Zəruri sənədləri olmayan digərlərinin valideyninə isə məhkəməyə doğum faktının müəyyən edilməsi ilə bağlı müraciət etməsinə köməklik göstərilib".
R. Kərimova deyib ki, doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən inzibati ərazi vahidləri arasında ilk üçlükdə Ağdaş, Beyləqan və Hacıqabul rayonları yer alır.