• 22 Yanvar 2022
logo
Təhsil nazirinin müşaviri saxta COVID pasportu ilə bağlı xəbərdarlıq edib

Təhsil nazirinin müşaviri saxta COVID pasportu ilə bağlı xəbərdarlıq edib

“Peyvəndlə bağlı neqativ halların olması Operativ Qərargahın brifinqdə də səsləndirildi”.
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.
O qeyd edib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil: “Peyvəndlə bağlı neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Buradan təhsil işçilərinə müraciət edirəm. Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz. Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.