Dünyada son sutka ərzində 546 512 nəfər koronavirusa yoluxub, 11 335 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 162 773 940 yoluxma hadisəsi, 3 375 573 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 52 faizdən çoxu Cənub-Şərqi Asiyanın (288 527) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (124 762) ilə Avropa (78 688) bölüşür.