• 26 Noyabr 2020
logo
NRYTN Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına qoşulub

NRYTN Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına qoşulub

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) də qoşuldu.

Nazirlikdən verilən məlumata görə, aksiyaya könüllü qatılan əməkdaşların sağlamlıq vəziyyəti həkim-hemotoloqlar tərəfindən yoxlandıqdan sonra müvafiq tibbi tələblərə uyğun olanların aksiyada iştirakına icazə verilib.

Bununla da nazirliyin əməkdaşları qanvermədə iştirak edərək qan ehtiyatının artırılmasına dəstək olublar.

Qeyd edək ki, NRYTN mütəmadi olaraq könüllü qanvermə aksiyası keçirir.