• 23 Oktyabr 2020
logo
Bu tarixdən ölkəmizdə  koronaviruslu xəstə qalmayacaq

Bu tarixdən ölkəmizdə koronaviruslu xəstə qalmayacaq

Sinqapur Texnologiya və Dizyan Universiteti (SUTD) koronavirus pandemiyasının bitəcəyi tarixi proqnozlaşdırıb.
Universitetin saytı xəbər verir ki, hesablamalar üçün infeksiyanın yayılma sürəti, sağalan və yoluxanların dinamikasından ibarət riyazi modeldən istifadə olunub.
Tədqiqatların 100%-lik dəqiqliyə malik olmadığı lakin mövcud situasiyanı nəzərə aldığı vurğulanıb. Beləliklə, tədqiqatlara görə, planetin pandemiyaya qarşı əsas dönüş nöqtəsi 11 aprel sayılır. Mayın 30-da COVİD-19 artıq 97% göstərici ilə məğlub edilmiş olacaq. İyunun 17-də bu göstərici 99%, tam qələbə isə 9 dekabrda olacaq.
Almaniyada virusla mübarizədə 99%-lik uğur mayın 15-də, İspaniyada mayın 16-da, Fransada mayın 18-də, İtaliyada mayın 21-də, Böyük Britaniyada mayın 27-də, Rusiyada isə mayın 28-də elan olunacaq.
Pandemiyanın bu ölkələrdə tam bitməsi avqustda gözlənilir.
Azərbaycana gəlincə, koronavirus mayın 7-də 97%, mayın 17-də 99% zəifləyəcək. İyunun 15-də isə Azərbaycan ərazisində koronavirusa tam qalib gəlinəcək.