• 26 Aprel 2024
logo
Region gəncləri karyeralarını qurmaları üçün maarifləndiriliblər

Region gəncləri karyeralarını qurmaları üçün maarifləndiriliblər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Şəkidəki Heydər Əliyev Mərkəzində, “Region Gənclərinin Peşəkar İnkişafına Dəstək” adlı layihə həyata keçirilib.
Layihə Şəki rayonu və ətraf bölgələrdən yaşayan 16-29 yaş aralığında olan gəncləri əhatə edib. Layihənin keçirilməsində əsas məqsəd gənclərə karyeralarını qurmaqda və şəxsi inkişafları istiqamətində köməklik göstərməkdir. Layihəyə uyğun olaraq rayonda yaşayan gənclərə Şəki şəhərində karyera quruculuğu, startup anlayışı, CV hazırlanması, iş müsahibələri, bədən dili və s. bu kimi mövzularda təlimlər keçirilmişdir.
Öncə tədbirdə çıxış edən layihə rəhbəri Nicat Abdulxalıqov bu layihənin keçirilməsində dəstək göstərdikləri üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Şəki şəhər Heydər Əliyev Mərkəzinə öz təşəkkürünü etmiş və layihənin məqsədləri haqda ətraflı məlumat vermişdir. Daha sonra layihəyə təlimçi qismində cəlb edilmiş peşəkar İqtisadçı Möhbəli Nağıyev gənclərin bu sahədə də savadlılığının artırılması üçün “startup” quruculuğu “Biznes ideya” və s. mövzularda söhbətlər edib. Layihə gənclərin böyük marağına səbəb olub və onlar gələcəkdə də bu cür layihələri regionlarda görmək istədiklərini qeyd ediblər.