• 27 Aprel 2024
logo
“Prezidenti tərəfindən aparılan islahatların uğurla davam etdirilməsi dövlətimiz üçün daha geniş perspektivlər açır”

“Prezidenti tərəfindən aparılan islahatların uğurla davam etdirilməsi dövlətimiz üçün daha geniş perspektivlər açır”

Ramil Əliyev: “2024-cü ildə ölkəmizdə daha böyük inkişafın və dinamikanın olacağına inanıram”

Vətəndaş cəmiyyəti institutu dövlətin və cəmiyyətin inkişafında önəmli rol oynayır. Eyni zamanda kənar təhdidlərin neytrallaşmasında xüsusi əhəmiyyət daşıyan vətəndaş cəmiyyəti indiki dönəmdə daha aktiv fəaliyyət göstərməlidir. Azərbaycanda vətəndaş cəmiyyəti strukturları arasında ən aktiv olan media və qeyri hökumət təşkilatlarıdır (QHT). Bu baxımdan media ilə yanaşı QHT-lərin istər siyasi, istər hüquqi, istərsə də sosial-iqtisadi, ümumiyyətlə bütün vacib sahələrdə fəaliyyəti kifayət qədər önəmlidir. Vətəndaş cəmiyyəti strukturları nə qədər aktiv və daha geniş şəkildə fəaliyyət göstərsələr cəmiyyətdə problemlər daha tez öz həllini tapar, eyni zamanda QHT-lər də bununla, dövlətin inkişafında, yükünün azalmasında önəmli pay sahibi olar. Bu baxımdan dünyanın müxəlif ölkələrində, o cümlədən Azərbaycanda bu sahəyə xüsusi diqqət ayrılır. Bu gün bu sahədə müəyyən problemlər olsa da, ümumilikdə qeyri hökumət təşkilatları arasında daşıdığı missiyanın məsuliyyətini anlayan, öz işinə məsuliyyətli və vicdanla yanaşan QHT-lər az deyil. Belə təşkilatlardan biri də “İnkişafa və islahatlara Dəstək” İctimai Birliyidir. Təşklilatın sədri Ramil Əliyev “Xalq Cəbhəsi”nə müsahibəsində görülən işlər, reallaşan layihələr və perspektivlərlə bağlı danışdı.
Ramil Əliyev bildirdi ki, 7 fevral 2024-cü il tarixinə Növbədənkənar Prezident Seçkiləri təyin olunub: “İlk dəfə ərazi bütövüyümüzün tam təmin olunması ilə Azərbaycanda seçkilər keçiriləcək. Qürurvericidir ki, Azərbaycan xalqı qalib xalq olaraq, seçkilərdə iştirak edəcək. Artıq işğaldan azad olunmuş torpaqlarımızda-Xankəndidə, Şuşada, Kəlbəcərdə və s. seçkilər təşkil olunacaq, illərdir öz doğma xalqı üçün darıxan işğaldan azad edilmiş rayonlarımız öz sakinlərinə qovuşub. Mən inanıram ki, xalqımız dövlətimizin, millətimizin və ölkəmizin gələcəyi naminə ən doğru qərarı verəcək”.
Təşkilat rəhbəri əlavə etdi ki, seçkidən öncə bütün müşahidəçilərə onlayn və birbaşa təlimlərin keçirilməsi vacib amillərdən biridir: “Seçkinin şəffaf keçəcəyi üçün bütün addımlar atılıb. Vətəndaş cəmiyyəti strukturları seçkini müşahidə edəcklər. Bununla yanaşı “Exit-poll” keçiriləcək. Bu da prosesinin yüksək səviyyədə aparılması deməkdir”.
R.Əliyev əlavə etdi ki, ölkəmizdə son illərdə ölkə Prezidenti tərəfindən aparılan islahatların uğurla davam etdirilməsi dövlətimiz üçün daha geniş perspektivlər açır: “Ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanın daha böyük uğurlara imza atması hər kəsdə məmnunluq yaradır. 2024-cü ildə Prezident Seçkilərindən sonra ölkəmizdə daha böyük inkişafın və dinamikanın olacağına inanıram”.
“İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi olaraq, əsas fəaliyyət istiqamətlərimiz 2020-ci ildən etibarən, cəmiyyət və vətəndaş cəmiyyətinə xidmət etmək, insanları narahat edən problemləri aşkarlamaq və onları müvafiq qurumlara yönləndirmək, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləməkdən ibarətdir”,-deyən təşkilat sədri Ramil Əliyev bildirdi ki, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsinə və başqa məsələlərə öz töfhəmizi vermişik və verməyə də davam edəcəyik: “2020-ci ildən fəaliyyətə başlayan təşkilat olaraq, birliyimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, 2021-ci ildə “Şəhidlərin və qazilərin həyat yolunun işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsi və 2022-ci ilin sonlarında “Zəfərimizin regionlarda təbliği” adlı layihəsi icra olunub və uğurla başa çatdırılıb. Həmin layihələr də rəhbəri olduğum, “Öndər TV” vasitəsilə ictimaiyyətə təqdim olunub”.
O, həmçinin əlavə etdi ki, təşkilat olaraq müəyyən layihələr üzərində çalışırlar və bu istiqamətdə addımlar atılacaq. R.Əliyev vurğuladı ki, bəzi layihələrlə balı planlar artıq hazırdır və müəyyənləşdirilən zamanda həyata keçiriləcək: “”Fevral ayında Xocalı soyqırımı ilə bağlı Türkiyə Cümhuriyyətində tədbirin keçirilməsi, 2024-cü ildə fəaliyyətimizin davamı olaraq, şəhid, qazi və veteran ailələri ilə görüşlərin təmin olunması, çəkilişlərin edilməsi və onların cəmiyyətə tanıdılması planlaşdırılıb. Həmçinin, ictimai nəzarətin təmin olunması regionlarda ictimai müzakirələr, korrupsiyaya qarşı tədbirlər, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin təşkil olunması nəzərdə tutulub”.
R.Əliyev həmçinin strateji istiqamətlər və məqsədlər barədə danışdı: “İslahatların həyata keçirilməsinə dəstək vermək, ictimai nəzarətin şəffaf həyatə keçirilməsi, QHT-hökümət münasibətlərinin inkşafı, QHT-lər haqqında qanunun təkminləşdirilməsi, QHT-lərin maddi-texniki bazalarının gücləndirilməsi və vətəndaş cəmiyyətinin yeni modelinin qurulması ilə bağlı fəaliyyət göstəririk.
Birlik, dövlət qeydiyyatından keçmədən öncə belə, öz yardım və dəstəyini əsirgəməyib, pandemiya dövründə, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına qoşularaq, iş adamlarının dəstəyi və təşkilatın hesabı vasitəsilə 7000 ədəd tibbi maska tiktirərək ehtiyacı olanlara paylamışıq. O cümlədən 850 ailəyədə ərzaq yardımı etmişik. “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən 2020-ci il iyul hadisələri dövründə N saylı hərbi hissədə “Vətənpərvərlik” mövzusunda tədbirə media dəstəyi verilərək çəklişlər edilib, Öndər.tv-də yayımlanıb. Bundan başqa birlik, arxa cəbhədə 44 günlük haqq savaşında orduya dəstək göstərilib”.
Sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətə gəlincə R.Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövürdə, birliyimizin dəstəyi ilə, rəhbəri olduğum “Öndər.tv” internet televiziyasında, bu günə qədər 150 şəhid, 50 qazi haqqında çəkiliş edilib, həmçinin, 50 şəhid bulağının açılışını çəkərək ictimaiyyətə təqdim edilib: “2023-cü il tarixində Şəhid, qazi, aztəminatlı ailələrə və leykozla mübarizə aparan uşaqlara dəstək məqsədilə, 2-3 sentyabr 2023-cü il tarixində satış yarmarkasının keçirilməsinə dəstək göstərmişik”.
Əli