• 20 May 2024
logo
Ağayev Terimin komandasının matçını idarə edəcək

Ağayev Terimin komandasının matçını idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, Ə.Ağayev aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FİFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.