• 27 İyul 2024
logo
MDB XİN başçılarının iclası bu şəhərdə keçiriləcək

MDB XİN başçılarının iclası bu şəhərdə keçiriləcək

Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının 2024-cü ilin aprelində keçirilməsi planlaşdırılır.

Baymedia.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

“Birliyə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri dekabrın 13-də keçiriləcək iclasda MDB Xarici İşlər Nazirləri Şurasının 2024-cü ilin aprelində Minskdə keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təklifləri müzakirə edəcəklər”, - məlumatda qeyd olunub.

MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının bundan əvvəlki iclası oktyabrın 12-də Bişkekdə keçirilmişdi.