• 27 İyul 2024
logo
BMT sülhməramlımızı təltif etdi

BMT sülhməramlımızı təltif etdi

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb.

Qeyd olunub ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.