• 17 May 2024
logo
Bayramov livanlı həmkarı ilə görüşdü

Bayramov livanlı həmkarı ilə görüşdü

Aprelin 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərdə Livanın xarici işlər və diaspor naziri Abdallah Bouhabib ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Baymedia.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Livan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, XİN-lər arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Livan arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov regionda baş verən son hadisələr, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də 4 kəndimizin işğaldan azad edilməsi ilə nəticələnən razılaşma barədə həmkarına məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.