• 27 İyul 2024
logo
Xudafərində ağır yol qəzası: 4 nəfər öldü

Xudafərində ağır yol qəzası: 4 nəfər öldü

Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə Xudafərin şəhərinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumatda iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.