• 19 Mart 2024
logo
Azərbaycan sərhədinədək 30 km-dək növbə yarandı

Azərbaycan sərhədinədək 30 km-dək növbə yarandı

Son günlər Gürcüstandan Azərbaycana gedən əsas avtomagistral yolda çox böyük növbə var.

Baymedia.az xəbər verir ki, magistral yolda ağırtonajlı yük avtomobillərinin 30 kilometr uzunluğunda tıxacı yaranıb.

Rustavi şəhərindən bir qədər məsafədən başlayan növbə Marneuli rayonunun Kürüstü ərazisində altı kəndin - Ambarovka, Keşəli, Kəpənəkçi, İlməzli, birinci və ikinci Kosalı kəndlərinin ərazisindən keçir. Yol boyu Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, İran və digər ölkələrdən olan yük avtomobillərinin sürücüləri acınacaqlı vəziyyətlə üzləşiblər.