• 4 May 2024
logo
Ağdərədə odlu silahlar tapıldı

Ağdərədə odlu silahlar tapıldı

İşğaldan azad edilən Ağdərə şəhərində odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Baymedia.az-a verilən məlumata görə, polis əməkdaşları Ağdərə şəhəri ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.