• 28 Mart 2020
logo
Avropa Komissiyası: IAP layihəsinin maliyyələşdirilməsi yollarını öyrənmək imkanları var

Avropa Komissiyası: IAP layihəsinin maliyyələşdirilməsi yollarını öyrənmək imkanları var

Avropa Komissiyası İon-Adriatik boru kəmərinin (IAP) regional qaz bazarı, xüsusilə də Xorvatiya, Albaniya, Monteneqro, Bosniya və Herseqovina üçün vacibliyini qəbul edir.

Bunu Avropa Komissiyasından bildiriblər.

Qeyd olunub ki, IAP-ın region üçün aktuallığının təsdiqi qismində Avropa Komissiyası layihəyə qarşılıqlı maraq layihəsi statusu verib:

“Bu cür infrastruktur layihələri energetika birliyinin (Qərbi Balkan ölkələri, Ukrayna, Moldova, Gürcüstan) bir və ya daha çox ölkəsinə fayda verir”.

Təşkilatdan bildiriblər ki, qarşılıqlı maraq layihəsi statusunu nəzərə alaraq IAP-ın Avropa Komissiyası tərəfindən konkret proqramlar çərçivəsində maliyyələşdirilməsi yollarını öyrənmək imkanları var.

Qeyd edək ki, qazın bir çox Cənub-Şərqi Avropa ölkələrinə nəql olunması üçün İon-Adriatik boru kəməri Trans-Adriatik boru kəmərinə birləşə bilər. 516 kilometr uzunluğu olan IAP Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək və Xorvatiyada başa çatacaq.