• 8 Dekabr 2024
logo
AMEA İqtisadiyyat İnstitutu hökumət qurumlarına təklif və tövsiyələr paketi hazırlayacaq

AMEA İqtisadiyyat İnstitutu hökumət qurumlarına təklif və tövsiyələr paketi hazırlayacaq

İyunun 27-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında “Beynəlxalq müqayisəli iqtisadi araşdırmalarda Azərbaycanın mövqeyi və onun yaxşılaşdırılması yolları” mövzusunda elmi-tədqiqat işi üzrə Azərbaycan Respublikası nazirliklərindən, komitə və agentliklərdən daxil olan təklif və tövsiyələr müzakirə edilmişdir. Vergilər, Sənaye və Energetika, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Gömrük, Statistika Komitələrinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin təklif və tövsiyələri alimlərin xüsusi marağına səbəb olmuşdur. Təklif və tövsiyələrin nəzərə alınması ilə bağlı qərar qəbul etmişdir.
İqtisadiyyat İnstitutu bu tədqiqatı 2019-2021-ci illərdə yerinə yetirəcəkdir. Tədqiqatın aktuallığı, həm də Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli “Azərbaycan Respublika¬sında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə qarşıya qoyulan vəzifələrlə şərtlənir.
Tədqiqat çərçivəsində “İnsan inkişafı”, “İnklüziv inkişaf”, “Dayanıqlı inki¬şaf”, “Qlobal rəqabətlilik”, “İnsan kapitalı”, “Beynəlxalq ticarətə cəlbolunma”, “Biznes mühi¬ti”, “Qlobal innovasiyalar”, “Qloballaşma”, “Qlobal xidmətlər”, “İqtisadi azadlıq”, “Maliyyə sabitliyi”, “Sənaye istehsalı”, “Sosial tərəqqi”, “Təbii resurslar” üzrə və bir sıra başqa beynəlxalq araşdırmalarda Azərbaycanın mövqeyi təhlil olunacaq və onun yaxşılaşdırılması istiqamətində təkliflər hazırlanacaqdır.
Elmi Şura beynəlxalq reytinqlərin araşdırılması üzrə yaradıcı qrupların formalaşdırılması haqqında da qərar qəbul etmişdir.

Azərbaycan hökümətinin apardığı islahatların elmi-metodoloji bazasının gücləndirilməsi AMEA İqtisadiyyat İnstitutu qarşısında duran əsas vəzifələrdən biridir. Odur ki, İqtisadiyyat İnstitutu 2019-2021-ci illərdə “Beynəlxalq müqayisəli iqtisadi araşdırmalarda Azərbaycanın mövqeyi və onun yaxşılaşdırılması yolları” adlı elmi-tədqiqat mövzusunu yerinə yetirəcəkdir. İqtisadiyyat İnstitutu növbəti 3 ildə “İnsan inkişafı”, “İnklüziv inkişaf”, “Dayanıqlı inki¬şaf”, “Qlobal rəqabətlilik”, “İnsan kapitalı”, “Beynəlxalq ticarətə cəlbolunma”, “Biznes mühi¬ti”, “Qlobal innovasiyalar”, “Qloballaşma”, “Qlobal xidmətlər”, “İqtisadi azadlıq”, “Maliyyə sabitliyi”, Sənaye istehsalı”, “Sosial tərəqqi”, “Təbii resurslar” üzrə reytinqləri araşdırmağı və hökümətə elmi cəhətdən əsaslandırılmış təkliflər verməyi hədəfləmişdir.
Bununla bağlı İqtisadiyyat İnstitutu, 22 dövlət qurumuna, o cümlədən Nazirlik, Komitə və Agentliyə müraciət etmişdir və 14 dövlət qurumundan (Vergilər Nazirliyi, Sənaye və energetika Nazirliyi, Kənd təsərrüfatı Nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Ekologiya və təbii sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyi, Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Kiçik və orta biznesin inkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti) təklif və tövsiyələr daxil olmuşdur.