• 25 May 2022
logo
Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq

Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq

“Biz son dövrlər büdcənin icrası ilə bağlı nəzarət tədbirləri ilə bağlı müzakirələr aparırıq”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, dövlətin büdcəsinin layihəsinə və icrasına rəy vermək parlamentin əsas funksiyasıdır: “Bu funksiyanın həyata keçirilməsinə Hesablama Palatası töhfə verməyə hazırdır. Hesabatda uyğunluq auditinin çox olmasının səbəbi dövlət büdcəsinə bərpa ilə bağlıdır. Səmərəlilik auditində bərpa olmur və qarşıya qoyulan məqsədlərə nail olunmur. Parlamentin dövlət büdcəsində, digər büdcə layihələrində iştirakı, rolu bizim nəzarət tədbirlərimizlə bağlıdır. Parlamentin rolu nə qədərdirsə, palatanın da rolu o qədərdir. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək. Bu, artıq gələn aydan planlaşdırılır”.