Bu ilin 6 ayında Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüklə bağlı xərcləri məlum olub.
Bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.
Hesabata əsasən, 2021-ci ilin I yarısında Azərbaycan beynəlxalq təşkilatlara üzvlüklə bağlı 14,6 milyon manat ödəyib. Bu, keçən ilin anoloji dövrü ilə müqayisədə 11,9 faiz çoxdur. 2020-ci ilin birinci yarasında Azərbaycan beynəlxalq təşkilatlara üzvlüklə bağlı 13 milyon manat ödəyib.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində beynəlxalq təşkilatlara üzvlüklə bağlı 18,7 milyon manat nəzərdə tutulub.