• 31 Yanvar 2023
logo
Azərbaycanda enerji menecmenti sistemi formalaşdırılacaq

Azərbaycanda enerji menecmenti sistemi formalaşdırılacaq

Azərbaycanda enerji menecmenti sisteminin formalaşdırılması və tətbiqi həyata keçiriləcək.

Bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu dövlətin vəzifələrinə aid edilib. Enerji menecmenti sistemi dedikdə enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sistemi nəzərdə tutulur.

Təsərrüfat subyektləri bu qanunun tələblərinə riayət etməklə enerji menecment sistemi yaratmaq hüququna malikdirlər.

Enerji menecment sisteminə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən ediləcək.

Məcburi enerji auditinin 3 ildən bir keçirilməsi enerji menecmenti sisteminin yaradılması ilə bağlı sertifikatlaşdırılmış təsərrüfat subyektlərinə şamil edilməyəcək.