• 8 Dekabr 2021
logo
Buzovna qəsəbəsində yenidənqurma işləri aparılacaq

Buzovna qəsəbəsində yenidənqurma işləri aparılacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Abşeronun qəsəbələrinin memarlıq siması" müsabiqə proqramının ikinci mərhələsinə start verir.

Komitədən verilən məlumata görə, müsabiqə proqramı Buzovna qəsəbəsini əhatə edəcək.

Ümumi mükafat fondu 20 min manat olan müsabiqəyə təqdim olan layihələrdə Buzovna qəsəbəsində estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla www.absheronsimasi.az saytından tanış olmaq olar.

Xatırladaq ki, müsabiqə proqramının ilk mərhələsi Ramana, Pirşağı və Əmircan qəsəbələrini əhatə edib.

Komitə tərəfindən digər qəsəbələri də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.