• 27 Oktyabr 2020
logo
Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat vəsait ödənilib

Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 102 mln. manat vəsait ödənilib

Avqust-sentyabr aylarında ikinci mərhələ üzrə maliyyə dəstəyi proqramı çərçivəsində pandemiyadan zərər çəkən 22 885 vergi ödəyicisi 234 355 muzdlu işçisi üçün 101,9 mln. manat həcmində vəsait alıb, 49 887 fərdi sahibkar isə dövlətdən daha 12,47 mln. manat həcmində dəstək əldə edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu günədək dövlət tərəfindən ayrılan vəsaitlərin muzdlu işçilərə dəstək proqramı üzrə 93,7%-i, fərdi sahibkarlar üzrə 95,2%-i sahibkarlara ödənilib.

Qeyd edək ki, aprel ayından başlayan maliyyə dəstəyi proqramından indiyədək 1-ci mərhələ çərçivəsində 25 min vergi ödəyicisi 216 min muzdlu işçisi üçün 98,5 mln. manat, 107 223 fərdi sahibkar isə 63,7 mln. manat maliyyə dəstəyi əldə edib.