• 12 İyul 2025
logo
Mobil rabitə operatorları üç ayda 223 milyon manatdan çox vəsait qazanıb

Mobil rabitə operatorları üç ayda 223 milyon manatdan çox vəsait qazanıb

Azərbaycanda mobil rabitə operatorları üç ayda 223 milyon manatdan çox vəsait qazanıb.

2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 546,6 milyon manatlıq xidmət göstərib. Göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub.

2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 79,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 40,8 faizi və ya 223,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.