• 26 Aprel 2024
logo
Ramiz Novruzla vida mərasimi keçirilir

Ramiz Novruzla vida mərasimi keçirilir

Ötən gün dünyasını dəyişən xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir.

Baymedia.az xəbər verir ki, Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xalq artisti mədə xərçəngindən əziyyət çəkirdi.