• 20 Aprel 2024
logo
Madonna Türkiyə ilə bağlı çağırış etdi

Madonna Türkiyə ilə bağlı çağırış etdi

Dünya şöhrətli müğənni Madonna Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələlə ilə əlaqədar olaraq Türkiyəyə dəstək mesajı yazıb.
Baymedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, 54 yaşlı müğənni izləyicilərinə müraciət edərək onları "Ahbap" dərnəyinə ianə bağışlamağa çağırıb.
"Sevgililər günündə hamı sevgidən danışır. Bu böyük zəlzələdə böyük itki və dağıntılar yaşayan Türkiyə və Suriyaya bütün sevgimizi, şəfa enerjimizi göndərək. Minlərlə insan öldü. Orada çoxlu insan evini və işini itirdi. Sevdiklərini demirəm hələ. Bütün şəhərlər silindi. Ürək ağrıdır", - deyə dünya ulduzu paylaşımında qeyd edib.