• 27 İyul 2024
logo
Ruhəngiz Qasımovanın cənazəsi Azərbaycana gətirildi

Ruhəngiz Qasımovanın cənazəsi Azərbaycana gətirildi

Oktyabrın 9-da vəfat edən tanınmış bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətirilib.
Baymedia.az xəbər verir ki, bu barədə Report-a bəstəkarın qızı Canana Süleymanlı məlumat verib.
O bildirib ki, hazırda Bakıda hava limanındadırlar.
Qeyd edək ki, bu gün 13:30-dan 16:00-dək mərhumla Təzəpir Məscidində vida mərasimi keçiriləcək.