• 21 İyul 2024
logo
Bu şəxslərin maaşı 25% artırıldı

Bu şəxslərin maaşı 25% artırıldı

Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib.

Baymedia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:

1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;

2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;

3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;

4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;

5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;

6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;

7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.

Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əmək haqlarına 25 faiz əlavə müəyyən edilib.