• 27 İyul 2024
logo
Beynəlxalq qurum İranı qara siyahıda saxladı

Beynəlxalq qurum İranı qara siyahıda saxladı

Beynəlxalq Maliyyə Tədbirləri üzrə İşçi Qrupu - FATF fevralın 23-də keçirdiyi toplantıda İranı yenidən qara siyahıda saxlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilib.

“İran İslam Respublikası hökumətinin 2024-cü ilin yanvarında quruma təqdim etdiyi son hesabatı qeyri-kafi hesab edilir və İran hökumətinin öz yanaşmasını dəyişməsi istənilir", - məlumatda qeyd edilib.

Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu əlavə edib ki, İran fəaliyyət planında terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə aşkar edilmiş çatışmazlıqları aradan qaldırmalıdır:

“Əks təqdirdə İranın terrorizmi maliyyələşdirməsi təhlükəsi və bunun beynəlxalq maliyyə sistemi üçün yaratdığı təhlükə ilə bağlı narahatlıqlar davam edəcək”, - beynəlxalq qurum vurğulayıb.