• 17 Aprel 2024
logo
Amerikalı porno ulduz Xameneiyə dəstək verdi

Amerikalı porno ulduz Xameneiyə dəstək verdi

Fevralın əvvəllərində Tehrana səfəri zamanı paylaşdığı hicablı fotoları ilə gündəmə gələn amerikalı porno ulduz Uitni Rayt onu hicabı təbliğ etməkdə və etirazçıların öldürülməsinə göz yummaqda ittiham edən iranlılara cavab verib.

Baymedia.az xəbər verir ki, o, sosial media hesabında iranlıları İranda keçiriləcək parlament seçkilərində iştiraka çağırıb.

“Martın 1-də seçkilərdə iştirak etməyi unutmayın”, - Uitni Rayt yazıb.

İranlı sosial media istifadəçiləri porno ulduzunun bu çağırışını Əli Xameneiyə dəstək kimi qiymətləndiriblər.