• 27 İyul 2024
logo
Tramp: Müdafiə etməyəcəyimi deyən kimi pul axdı

Tramp: Müdafiə etməyəcəyimi deyən kimi pul axdı

NATO ölkələri Ukraynaya ayırdıqları maliyyənin həcmini ABŞ-ın ayırdığı maliyyə səviyyəsinə qədər artırmalıdır.

Baymedia.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Əks halda Vaşinqton öz maraqlarını üstün tutmalıdır. Ukraynaya NATO ölkələrinin yardımını 100 milyard dollar üstələyən həcmdə yardım edirik. NATO ölkələri Ukraynaya yardımı artırmaqdan imtina edərsə, o zaman ilk növbədə ABŞ-ın maraqları nəzərə alınmalıdır.

Daha əvvəl üzvlük haqlarını ödəməyən 20 ölkəyə ABŞ-ın onlar üçün müdafiəni dayandıracağını deyib, məbləği ödəməli olduqlarını söylədikdə, pul axmağa başladı. Bu, gözəl mənzərə idi".