• 3 Mart 2024
logo
Stavropoldakı rus bazası yanır

Stavropoldakı rus bazası yanır

Stavropoldakı hərbi hissələrdən birinin ərazisində qərargah binası yanır.

Baymedia.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

“Stavropolda hərbi hissələrdən birinin ərazisində yanğın başlayıb. İlkin məlumatlara görə, qərargahın binası yanır”, - kanal bildirir.

Yanğın birinci mərtəbədə baş verib. Hazırda təxliyə işləri aparılır.

Qeyd edək ki, yanğının səbəbi hələlik məlum deyil.