• 27 İyul 2024
logo
İsrail Rəfahda əməliyyat keçirdi, 2 girovu azad etdi

İsrail Rəfahda əməliyyat keçirdi, 2 girovu azad etdi

İsrailin Rəfaha intensiv hava hücumu nəticəsində 37 nəfər həlak olub və 2 israilli əsir xilas edilib.

Baymedia.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, azadetmə əməliyyatı bazar ertəsi gecə 1 radələrində həyata keçirilib. İsrail qüvvələri iki girovun saxlandığı binaya gizli daxil olduqdan sonra mənzilin girişini partladıb. Partlayış zamanı binada olan 3 cihadçı öldürülüb.

60 yaşlı Fernando Marman və 70 yaşlı Luis Harr adlı İsrail vətəndaşları isə azad edilərək ölkəsinə qaytarılıb.