• 13 Aprel 2024
logo
Ukrayna ordusunun bu qış əsas vəzifəsi… - Zelenski

Ukrayna ordusunun bu qış əsas vəzifəsi… - Zelenski

Bu qış Ukrayna ordusunun əsas vəzifələrindən biri rus işğalçıların təşəbbüsü ələ keçirməsinin qarşısını almaq və güclənməkdir.

Baymedia.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Ali Baş Komandanlığın Qərargahının yekunları ilə bağlı xalqa müraciətində deyib.

“Dövlətimizin vəzifəsi - indi, qışda, nə qədər çətin olsa da, - güc nümayiş etdirmək və düşmənin təşəbbüsü ələ keçirməsinə, onların mövqelərini möhkəmləndirməsinə imkan verməməkdir”, - o bildirib.

Prezident əlavə edib ki, Qərargahın iclasında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və müxtəlif əməliyyat rayonlarına məsul komandirlər əməliyyat şəraiti ilə bağlı məruzə ediblər.

“Kupyansk, Liman və bütün Donetsk istiqamətləri, cənub… Mən bütün əsgər və komandirlərə səbir və cəsarətlərinə görə təşəkkür edirəm”, - Zelenski vurğulayıb.