• 29 Mart 2024
logo
Çilidə güclü meşə yanğınları: ölənlər var

Çilidə güclü meşə yanğınları: ölənlər var

Çilinin mərkəzi və cənubunda güclü meşə yanğınları nəticəsində ölənlərin sayı açıqlanıb.
Baymedia.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə Xidməti məlumat yayıb.
"Yanğınlar nəticəsində ümumilikdə 13 nəfər ölüb. Bundan başqa, yanğınların söndürülməsinə cəlb olunmuş helikopterin qəzaya uğraması nəticəsində Boliviya vətəndaşı olan pilot və Çili vətəndaşı olan mexanik həlak olub”, - məlumatda bildirilib.
Qeyd edək ki, yanğından zərərçəkmiş bölgələrdə əhalinin təxliyəsi elan edilib.