• 4 Fevral 2023
logo
Ermənistanda əməliyyat: 12 gömrükçü həbs edildi

Ermənistanda əməliyyat: 12 gömrükçü həbs edildi

Ermənistan Milli Təhlükəsizlik Xidməti Dövlət Gəlirlər Komitəsinin rəsmiləri tərəfindən çoxsaylı rüşvət alma faktları aşkarlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Gəlirlər Komitəsinin rəsmiləri vəzifə səlahiyyətlərindən istifadə edərək ölkəyə müxtəlif mallar idxal edən təsərrüfat subyektləri tərəfindən gətirilən məhsulların real həcmini, çəkisini, istehsalçı ölkəsini gömrük orqanlarının nümayəndələrindən gizlətməyə, gömrük rəsmiləşdirilməsi üçün zəruri olan digər məlumatların təhrif edilməsinə, malların maneəsiz keçirilməsinə icazə verib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində başlanmış cinayət işi ilə bağlı otuzdan çox axtarış aparılıb. Araşdırma zamanı yuxarıda göstərilən şəxslərin cinayətlərin törədilməsində iştirakını göstərən məlumatlar aşkar edilib və onlardan qanunsuz saxlanılan odlu silah götürülüb.
Ermənistan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 15 nəfər barəsində cinayət işi başlanılıb, onlardan 12-si barəsində həbs qətimkan tədbiri seçilib.