• 12 İyul 2025
logo
Baxmuta bunun üçün hücum edirik – Priqojin açıqladı

Baxmuta bunun üçün hücum edirik – Priqojin açıqladı

Baxmut şəhərinə hücum Ukrayna Silahlı Qüvvələrinin ən döyüş qabiliyyətli hissələrini məhv etmək üçün lazım idi.
Baymedia.az xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.
“Ukrayna komandanlığı bütün döyüş qabiliyyətli hissələri Baxmuta göndərir, “Vaqner” isə onları məhv edərək, Rusiya ordusunun digər bölmələrinin başqa istiqamətlərdə operativ imkanlarının açılmasına şərait yaradır. Mənim nəzarətim altında olan bölmələr Ukrayna Silahlı Qüvvələrini əl-qolunu bağlayır və hücuma keçmələrinə imkan vermir”, - Priqojin bildirib.