• 19 Aprel 2024
logo
ABŞ-dan Türkiyə ilə bağlı mühüm qərar

ABŞ-dan Türkiyə ilə bağlı mühüm qərar

F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyulan məhdudiyyətlər ABŞ-ın 857 milyard dollarlıq müdafiə büdcəsi (NDAA) haqqında qanun layihəsinin yekun variantında aradan qaldırılıb.

Baymedia.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 ədəd yeni F-16 Blok 70 qırıcısı və arsenalında olan 80 qırıcı üçün isə modernləşdirilmə dəsti tələb edir.