• 19 Mart 2024
logo
İran 4 İsrail casusunu edam etdi

İran 4 İsrail casusunu edam etdi

İranda İsrail kəşfiyyatının xeyrinə casusluq etməkdə ittiham olunan 4 nəfər edam edilib.
Baymedia.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Məhkəmənin qərarı ilə bu gün səhər saatlarında sionist rejimin kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunan 4 nəfər edam olundu”, - məlumatda qeyd olunub.
Məlumata görə, daha 3 nəfər ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək, adam oğurluğunda və silah saxlamada iştirak etmək ittihamı ilə müvafiq olaraq 5-10 il müddətinə azadlıqdan məhrum edilib.