• 4 Fevral 2023
logo
Putin TŞ üzvlərini toplayır

Putin TŞ üzvlərini toplayır

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ görüş keçirəcək.
Baymedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Günortadan sonra Prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirməyi planlaşdırır”, - Peskov bildirib.
O qeyd edib ki, dövlət başçısının daha bir beynəlxalq telefon danışığı aparacağı gözlənilir.
Xatırladaq ki, Putin dekabrın 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb. Onlar dekabrda ikitərəfli görüş barədə razılığa gəliblər.