• 2 Oktyabr 2022
logo
Rusiyalı general Ukraynada yaralandı

Rusiyalı general Ukraynada yaralandı

Rusiyalı general-mayor Oleq Çokov Ukraynadakı döyüşlər zamanı yaralanıb.
Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Svatovo yaşayış məntəqəsi rayonunda 20-ci ümumqoşun ordusunun 114-cü motoatıcı diviziyasının komandiri general-mayor Oleq Çokov yaralanıb. General serntyabrın 20-də təxliyə olunub. 19-20 sentyabr tarixlərində Rostovdakı hərbi hospitala 105 hərbi qulluqçunun meyiti aparılıb”, - məlumatda qeyd olunub.