• 2 Oktyabr 2022
logo
Almaniya ərzaq böhranı təhlükəsilə üzləşdi

Almaniya ərzaq böhranı təhlükəsilə üzləşdi

Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə qida sənayesi sahəsində böyük böhranla üzləşib.
Baymedia.az xəbər verir ki, bu barədə “Velt” nəşri məlumat yayıb.
Bildirilir ki, böhran səbəbindən artıq beş qida assosiasiyası hökumətə müraciət ünvanlayıb:
“Almaniyada insanların gündəlik ərzaq təminatında ciddi ərzaq çatışmazlığı təhlükəsi var. Ölkədə enerji qiymətlərinə görə dondurulmuş və təzə qida istehsalçılarının erkən bağlanma riski var. Bəzi şirkətlər isə artıq iflas ərəfəsindədir. Sahibkarlar ayaqda qalmaq üçün dövlət onlara maliyyə yardımı etməlidir".